“İlk dəqiqələrdə həyəcan var idi. Buna baxmayaraq, üstünlüyü əldən vermədik və tezliklə istəyimizə nail oldu. Adi bir səhvdən sonra hesab bərbərləşdi. Düzdü, ikinci hissənin əvvəlində rəqib hesabı xeyrinə dəyişə bildi. Bu, bizi ruhdan salmadı".
Qol.az-ın məlumatına görə, bu sözləri futzal millimizin kapitanı Rizvan Fərzəliyev Avro-2018-in final mərhələsində Fransa ilə oyunla (5:3) bağlı fikirlərini AFF-nın mətbuat xidmətinə bildirərkən deyib.
"Bilirdik ki, rəqibi bütün komponentlərdə üstələyəcəyik. Qoldan sonra vaxtımız çox idi. İkinci hissənin cəmi 5 saniyəsi oynanılmışdı. Məğlub durumda olanda belə, oyunu uduzacağımızı düşünmürdük. Çünki fikrimizdə ancaq qələbə qazanmaq var idi” - deyə o söyləyib.
.
Kapitan fevarlın 4-də İspaniya ilə keçiriləcək oyuna da toxunub. O, güclü rəqibə qarşı da yaxşı mübarizə aparacaqlarını vurğulayıb: “Soyuqqanlılıqla mübarizə aparacağıq. Qarşımıza minimum tapşırıq qoyulmuşdu ki, qrup mərhələsindən ¼ finala yüksələk. Artıq minimum tapşırığın öhdəsindən gəlmişik. İndi növbəti mərhələyə qrup lideri və ya ikincisi kimi yollanacağımıza aydınlıq gətiriləcək. Rəqibin zəif tərəflərini öyrənəcəyik və çalışacağıq ki, bunun üzərində işləyək”.
La Liqaya haker hücumu
“Çelsi” Alonsoya şans verəcək
“Mançester Yunayted”ə qayıda bilər
Musiala məşqdə yenə huşunu itirdi
Renat Dadaşovun komandasından qələbə
Premyer Liqada yeni tamaşaçı rekordu
“Avrokuboklara vəsiqə qazansaq...” - Azər Məmmədov
“Kəpəz” - “Qarabağ” matçından - Video
Nəriman Axundzadə bu dəfə də ehtiyatda qaldı
“İmişli”nin baş məşqçisi təyin edildi
"Kəpəz" - "Qarabağ" matçında heç-heçə, "Neftçi"dən qələbə
Mahir oynadı, komandası qalib gəldi
“Neftçi”ni liderliyə yüksəldən qələbəsindən - Video
Gəncədəki qarşılaşmaya Mehman Allahverdiyev start verdi
Maksimov “Neftçi”yə məğlubiyyətdən danışdı
2-ci liqada həftənin hakimləri məlum oldu