"Qəbələ"nin son oyununun başlama saatı açıqlandı

"Qəbələ"nin son oyununun başlama saatı açıqlandı
XƏBƏR 2 Fevral 2018 / 23:00 1659
-  A +

2017-2018-ci illər mövsümünün ikinci yarısının hazırlıqlarını Türkiyədə davam etdirən “Qəbələ”nin sonuncu yoxlama oyununun başlama saatı müəyyənləşib.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Makedoniyanın “Şkendiya” klubuna qarşı keçiriləcək matç sabah Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Qeyd edək ki, "Qəbələ" bundan əvvəl  Türkiyənin “Akhisar Bələdiyyəspor” (1:1), İsveçrənin “Sürix” (0:1), Makedoniyanın “Rabotniçki” (2:1), Rusiyanın “Arsenal” (3:3) və Çexiyanın “Bohemians” (1:3) klubları ilə yoxlama görüşü keçirib.


Son xəbərlər
topaz banner