"Qəbələ" 2017/18 mövsümünün ikinci yarısına hazırlıqlarını Türkiyənin Antalya şəhərində davam etdirir.
Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, "Gloria" oteldə məskunlaşan komanda toplanışın son günlərini də aktiv proqramla keçirir. Ötən gün komandanın yerləşdiyi otelə gələn azərbaycanlı hakimlər - İnqilab Məmmədov və Mübariz Haşımov məşqçi və futbolçu heyəti ilə görüş keçirib. Hakimlər futbol qaydalarına edilən son dəyişikliklərdən danışıb, futbolçulara ətraflı məlumat veriblər. Oyundankənar vəziyyət, cərimə zərbələri, penalti və simulyasiya hərəkətləri ilə bağlı qaydalarda edilən dəyişikliklər videosüjetlərlə ətraflı izah edilib. Sonda komandanın baş məşqçisi Roman Qriqorçuk qonaqlara təşəkkür edib, qarşıdakı çempionat oyunlarının idarəçiliyində uğurlar diləyib.
La Liqaya haker hücumu
“Çelsi” Alonsoya şans verəcək
“Mançester Yunayted”ə qayıda bilər
Musiala məşqdə yenə huşunu itirdi
Renat Dadaşovun komandasından qələbə
Premyer Liqada yeni tamaşaçı rekordu
“Avrokuboklara vəsiqə qazansaq...” - Azər Məmmədov
“Kəpəz” - “Qarabağ” matçından - Video
Nəriman Axundzadə bu dəfə də ehtiyatda qaldı
“İmişli”nin baş məşqçisi təyin edildi
"Kəpəz" - "Qarabağ" matçında heç-heçə, "Neftçi"dən qələbə
Mahir oynadı, komandası qalib gəldi
“Neftçi”ni liderliyə yüksəldən qələbəsindən - Video
Gəncədəki qarşılaşmaya Mehman Allahverdiyev start verdi
Maksimov “Neftçi”yə məğlubiyyətdən danışdı
2-ci liqada həftənin hakimləri məlum oldu