"Çelsi"də iki itki

"Çelsi"də iki itki
XƏBƏR 2 Fevral 2018 / 18:32 3358
-  A +

İngiltərə Premyer Liqasının 26-cı turunda “Uotford”la qarşılaşacaq “Çelsi” oyuna 2 itki ilə çıxacaq.

Qol.az-ın məlumatına görə, bunu yerli mətbuata açıqlamasında komandanın baş məşqçisi Antonio Konte deyib.

Onun sözlərinə görə, hücumçu Alvaro Morata və müdafiəçi Andreas Kristensen zədə səbəbindən bu matçı buraxacaq.

Qeyd edək ki, “Uotford” - “Çelsi” oyunu fevralın 5-də keçiriləcək.

Daha çox


Son xəbərlər