“Qarabağ”ın sabiq hücumçusu ABŞ klubunda

“Qarabağ”ın sabiq hücumçusu ABŞ klubunda
XƏBƏR 2 Fevral 2018 / 14:46 4956
-  A +

“Qarabağ”ın sabiq futbolçusu Samuel Armenteros karyerasını ABŞ-da davam etdirəcək.

Qol.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, “Benevento”nun hücumçusu MLS liqasında mübarizə aparan “Portlend Timbers” klubuna icarəyə verilib.

27 yaşlı forvard mövsümün sonuna kimi ABŞ-da oynayacaq.

Qeyd edək ki, Armenterosun Hollandiyanın “Utrext” klubuna keçidi gündəmdə olsa da, bu transfer baş tutmayıb.

Xatırladaq ki, 2015-2016 mövsümündə “Qarabağ”ın şərəfini qoruyan isveçli futbolçu Ağdam klubunun heyətində 23 oyuna 7 qol vurub. “Qarabağ”dan ayrıldıqdan sonra “Herakles”ə keçən Armenteros 2017-ci ilin yayından İtaliya A Seriyasının debütantı “Benevento”nun formasını geyinir.

Daha çox


Son xəbərlər