Araz Abdullayev “Anortosis”ə qoşuldu

Araz Abdullayev “Anortosis”ə qoşuldu
XƏBƏR 1 Fevral 2018 / 16:06 5324
-  A +

Millimizin və “Anortosis”in üzvü Araz Abdullayevin zədəsi sağalıb.

Qol.az-ın Kipr klubunun saytına istinadən yaydığı xəbərə görə, 26 yaşlı yarımmüdafiəçisi artıq komanda ilə birgə məşq edir.

Zədə səbəbindən Kipr çempionatının 22-ci turunda “Paphos”la dünən keçirilən matçı buraxan futbolçu  “Omoniya” ilə növbəti tur oyununa hazırlıqlarda iştirak edir.

Qeyd edək ki, “Anortosis” – “Omoniya” qarşılaşması fevralın 7-də keçiriləcək.

Son xəbərlər
topaz banner