Azərbaycan - Fransa oyununda italiyalı hakimlər

Azərbaycan - Fransa oyununda italiyalı hakimlər
XƏBƏR 1 Fevral 2018 / 12:00 2435
-  A +

"Avro-2018"in qrup mərhələsi çərçivəsində fevralın 2-də Fransa ilə qarşılaşacaq yığmamızın oyununu idarə edəcək hakimlər müəyyənləşib.

Qol.az-ın Azərbaycan Futzal Federasiyasının "Feysbuk" səhifəsinə istinadən yaydığı xəbərə görə, qarşılaşmanın birinci və ikinci hakimi İtaliyadandır. Müvafiq olaraq Angelo Qalante və Alessandro Malfer iş başında olacaq. Üçüncü hakim funksiyasını Çexiyadan olan Ondrej Cerni yerinə yetirəcək. Referilərin işinə isə ispan Pedro Angel Qalan Nieto qiymət verəcək.

Qeyd edək ki, oyun Bakı vaxtı ilə saat 21:00-da başlayacaq və "CBC Sport" televiziya kanalında canlı yayımlanacaq.


Son xəbərlər
topaz banner