"Qalatasaray"ın futbolçusu "Stok Siti"də

"Qalatasaray"ın futbolçusu "Stok Siti"də
XƏBƏR 1 Fevral 2018 / 01:35 4194
-  A +

“Qalatasaray”ın futbolçusu Badu Ndiaye karyerasını İngiltərədə davam etdirəcək.

Qol.az-ın məlumatına görə, İstanbul klubunun saytına istinadən yaydığı xəbərə görə, seneqallı yarımmüdafiəçi “Stok Siti”yə keçib.

Premyer Liqa təmsilçisinin bu keçidə görə “Qalatasaray”a 16 milyon avro ödəyəcəyi bildirilir.

Qeyd edək ki, Badu Ndiaye “Qalatasaray”a ötən il “Osmanlıspor”dan keçmişdi.

Son xəbərlər
topaz banner