“Kəpəz”in baş məşqçisi Yunis Hüseynov Antalya toplanışı çərçivəsində Serbiyanın “Spartak” klubu ilə yoxlama oyunundan sonra jurnalistlərin suallarını cavablandırıb. Qol.a-ın məlumatına görə, təcrübəli mütəxəssis əvvəlcə 2:0 hesabı ilə qalib gəldikləri qarşılaşma haqda fikirlərini açıqlayıb:
- Qələbə mənim üçün maraqlı deyil, amma qalib gəlmək həmişə gözəldir. Psixoloji cəhətdən istərdim ki, həmişə oyunçularım qalib gəlsinlər və buna öyrəşsinlər. Əsas məsələ isə komandanın düzgün oynamasıdır. İlk hissədə komandamın çıxışı 70-80 faiz xoşuma gəldisə, ikinci hissədə bu, 50-60 faizə düşdü. Rəqib ikinci hissədə daha üstün oynadı və bizə təzyiq elədi. Amma ümumi götürəndə razı qaldım.
- Komanda iki qol vursa da, kəsərli hücumlar yaratmaqda çətinlik çəkirdi...
- Komandamız yeni yığılıb. 11 oyunçumuzun ikisi-üçü bir yerdə oynayıblar, qalanları təzə qoşulublar. Bu komanda ilə cəmi 4 oyuna çıxmışıq. Ona görə də xətlərarası əlaqə zəifdir. İlk hissədə imkanlar daha çox idi. Amma təcrübəsizlik mane oldu, yararlana bilmədik.
- Hücumçu axtarışlarınız nə yerdədir?
- Bəli, axtarırıq. Bu gün son cavabı deyəcəklər. Ən zəif yerimiz hücumdur, digər mövqelərdə rəqabət var.
- 1:8 hesablı məğlubiyyətdən sonra komandada psixoloji vəziyyət necədir?
- Mən həmin oyunda səhv etdim. Elə bilirdim, bugünkü komanda ("Spartak" - red) ilə oynayırıq. Komandaya yükləmə vermişdim. Sonra meydanda bildim ki, rəqibimiz polşalılardır. Onu bəhanə eləmirəm, amma uşaq səhvlərindən qollar buraxdıq. Nəticəyə görə uşaqlarla iclas keçirdik, dedim ki, belə məğlubiyyət yolverilməzdir.
- Fasilədən sonra ilk oyun “Neftçi”yə qarşı olacaq. Bununla bağlı azarkeşlərinizə nə mesaj göndərə bilərsiniz?
- Demək istəyirəm ki, meydanda əzmkar, mübariz komanda görəcəksiniz. Meydançada sona qədər mübarizə olacaq.
- “Neftçi” Antalyada keçirdiyi 5 hazırlıq oyunun hamısında məğlub oldu və cəmi 1 qol vurdu. Bu, sizə qəribə gəlmir?
- Eşidirəm, amma bu, hazırlıq dövrüdür, hesab, nəticə o qədər də əhəmiyyətli deyil. Yadınıza gəlirsə, “Qarabağ” Çempionlar Liqasının qrupuna düşməmişdən qabaq Antalyadakı bütün oyunlarda uduzmuşdu. Amma sonra gözəl nəticə göstərdi. Ona görə burdakı nəticələri ciddiyə almaq lazım deyil.
Fransa - İsveç: Heyətlər
Haalanddan zəif göstərici
"Marsel"də baş məşqçi ayrılığı
Braziliya millisində itki
"Onlar akademiyalarda, biz isə çətinliklər içində böyüdük"
Dünya çempionatlarında yalnız 3 milli bunu bacarıb
Portuqaliyalı hücumçu "Milan"da
"Zirə" Türkiyə klubuna məğlub oldu
Kot d'İvuar - Norveç: Heyətlər
İstefa dalğası bu dəfə ona doğru gəlir
İspaniya millisinin müdafiəçisi “Atletiko”ya keçdi
Mundialın oyun günləri ABŞ-da dəhşətli isti gözlənilir
Oğlunu bağrına basıb hönkür-hönkür ağladı - Video
1-ci və 2-ci liqada mövsümün başlama tarixi açıqlandı
"Sabah"dan ayrıldı, Rusiya klubuna keçir
"Neftçi" Sloveniya toplanışına start verdi
Kasilyasdan futbol qaydaları ilə bağlı maraqlı təklif
"Karvan Yevlax"dan "Səbail"ə
Azərbaycan millilərində məşqçi dəyişiklikləri
"Qəbələ" konqolu futbolçu transfer etdi
"İnter"də daha üç ayrılıq - Rəsmi
Asim Xudiyevə yeni mövsümün ilk təyinatı
“Turan Tovuz” rəsmisi: “Fənərbaxça” seçimi təsadüfi deyil”
Türkiyədə legioner limiti dəyişmədi
"İnter" Yan Zommerlə yolları ayırdı
Azərbaycanda bu şəhərin iki klubu birləşdirildi
"İranın mundialdan getməsinə görə sevindim, rəqs etdim"
İbrahimoviç Kumanı sərt tənqid etdi
“Qarabağ” 1 milyon avroya müdafiəçi alır - Macar mediası
Paraqvay Almaniyaya belə qalib gəldi - Video
Naqelsman: "İstefa vermirəm"
Qələbədən sonra bütün komanda səcdə etdi - Şəkil
Levandovskinin yeni klubu rəsmən açıqlandı
Paraqvayda millinin uğuruna görə tətil elan edildi
DÇ-2026: 1/8 finalın ilk cütü müəyyənləşdi
Braziliyanı 1/8 finala aparan qələbə - Video
Almaniya mundialla vidalaşdı - DÇ-2026-da sensasiya
Millimizin üzvü Kosovo klubu ilə anlaşdı
“Bu heyət dünya çempionu olmağa qadirdir” - Kazemiro
“İmişli”ni I Liqa klubuna dəyişdi
Braziliya millisinin seriyası davam edir
U-17 millimiz Tacikistana məğlub olub
Braziliya - Yaponiya oyununun ən yaxşısı kim seçildi?