Almeyda bu gün "Bursaspor"a keçə bilər

Almeyda bu gün "Bursaspor"a keçə bilər
XƏBƏR 31 Yanvar 2018 / 14:21 6881
-  A +

“Qarabağ”ın yarımmüdafiəçisi Riçard Almeyda bu gün “Bursaspor”la müqavilə imzalaya bilər.

Qol.az-ın məlumatına görə, bu barədə xəbəri bursa.com saytı yayıb.

Bildirilir ki, qış transfer pəncərəsinin son günündə danışıqları sürətləndirən “Burasspor” rəhbərliyinin “Qarabağ”la razılığa gəlib.

Millimizin üzvünün bu gün Bursaya yollanaraq, müqavilə bağlaması gözlənilir.

Qeyd edək ki, Almeydanın "Qarabağ"la müqaviləsi mövsümün sonunda başa çatacaq.

Son xəbərlər
08.05.24  20:24

"Ağdaş"dan qələbə