Millimizin rəqibləri heç-heçə etdi

Millimizin rəqibləri heç-heçə etdi
XƏBƏR 1 Fevral 2018 / 02:00 4364
-  A +

Futzal üzrə Avropa çempionatının D qrupunda bu gün mübarizəyə start verilib.

Qol.az-ın xəbərinə görə, qitə birinciliyinin ikinci oyun günündə millimizin rəqibləri – İspaniya və Fransa üz-üzə gəlib.

Lyublyanadakı “Stoyiçe Arena”da keçirilən oyun 4:4 hesablı bərabərliklə başa çatıb.

Qeyd edək ki, yığmamız ilk oyununu fevralın 2-də Fransaya qarşı keçirəcək.

Son xəbərlər
topaz banner