İbrahimoviç ABŞ klubu ilə müqavilə bağlayıb - "L’Equipe"

İbrahimoviç ABŞ klubu ilə müqavilə bağlayıb -  "L’Equipe"
XƏBƏR 31 Yanvar 2018 / 12:38 3058
-  A +

"Mançester Yunayted"in futbolçusu Zlatan İbrahimoviç ABŞ-ın "Los-Anceles Qalaksi" klubu ilə müqavilə bağlaması haqda xəbər yayılıb.

Qol.az-ın məlumatına görə, Fransanın "L Equipe" nəşri isveçli hücumçunun bir neçə gün əvvəl sözləşməyə imza atdığını yazıb.

Lakin onun ABŞ-a nə zaman köçəcəyi hələ açıqlanmayıb. 36 yaşlı forvard ABŞ-da yeni mövsüm başlayanda - bu ilin martında yaxud da "Mançester Yunayted”lə müqavilə müddəti başa çatdıqdan sonra, yəni iyunda yeni komandasına qoşula bilər.

Qeyd edək ki, Zlatan İbrahimoviç “Mançester Yunayted”ə 2016-cı ildə PSJ-dən keçib.


Son xəbərlər