Eto`Onun yeni klubu bəlli oldu

Eto`Onun yeni klubu bəlli oldu
XƏBƏR 31 Yanvar 2018 / 11:35 5919
-  A +

"Antalyaspor"dan ayrılan Samuel Eto`Onun yeni klubu müəyyənləşib.

Qol.az-ın məlumatına görə, kamerunlu hücumçu karyerasını yenidən Türkiyədə davam etdirəcək. 36 yaşlı futbolçu "Konyaspor"a keçib.

Klubun rəsmi saytı Eto`Onun artıq Konyada olduğunu və bu gün onunla müqavilə imzalanacağını açıqlayıb. Türkiyə mətbuatı müqavilə müddətinin 2.5 illik olacağını yazıb.

Qeyd edək ki, Eto`O karyerası ərzində "Real", "Barselona", "İnter" və "Çelsi" kimi klublarda da çıxış edib.


Son xəbərlər