“Roma”nın futbolçusu “Çelsi”də - rəsmi

“Roma”nın futbolçusu “Çelsi”də -  rəsmi
XƏBƏR 31 Yanvar 2018 / 10:50 4980
-  A +

"Çelsi" heyətinə yeni futbolçu cəlb edib.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, London təmsilçisi “Roma”nın müdafiəçisi Emersonu transfer edib.

Braziliyalı futbolçu ilə 4,5 illik müqavilə imzalanıb. O, yeni komandasında 33 nömrəli formanı geyinəcək. Bu keçidə görə "Çelsi"nin “Roma”ya 20 milyon avro ödədiyi bildirilir.

Qeyd edək ki, 24 yaşlı oyunçu bu mövsüm İtaliya klubunun heyətində cəmi 3 oyun keçirib.

Son xəbərlər