"Azərbaycanla matçda sübut etdik ki..." - Moldova millisinin üzvü

"Azərbaycanla matçda sübut etdik ki..." -  Moldova millisinin üzvü
ÖLKƏ FUTBOLU 31 Yanvar 2018 / 10:30 5502
-  A +

“Millidə debüt oyunum idi. Buna görə də Azərbaycanla görüşü heç vaxt unutmayacam. Daim xoş xatirə kimi yaddaşımda qalacaq”.

Qol.az-ın məlumatına görə, bunu Moldova yığmasının futbolçusu Vitali Damaşkan Antalya toplanışı çərçivəsində millimizlə keçirilən yoxlama oyunundan (0:0) sonra deyib.

"Torino"nun 19 yaşlı hücumçusu Moldova mətbuatına açıqlamasında yaxşı oyun sərgilədiklərini bildirib:
“Milliyə dəvət aldığım və debüt etdiyim üçün fəxr edirəm. Şəxsən öz oyunumdan razı qalmadım. Əminəm ki, daha yaxşı çıxış edə bilərəm. Komandanın oyununa gəlincə, Azərbaycanla matçda sübut etdik ki, yüksək səviyyədə futbol göstərə bilərik. Məncə, gözəl oyun alındı”.

Daha çox


Son xəbərlər