Millimizin üzvü Qara Qarayev Antalya toplanışı çərçivəsində Moldova ilə keçirilən yoxlama oyunundan (0:0) sonra Qol.az-ın müxbirinin də iştirak etdiyi brifinqdə jurnalistlərin suallarını cavablandırıb. O, ilk olaraq oyun haqda danışıb.
- Yeni sistemi tətbiq etməyə çalışırdıq. Sözsüz ki, qalib gəlməyi də istəyirdik. Ancaq alınmadı. Çatışmayan cəhətlərimiz oldu. Komanda olaraq yaxşı müdafiə oluna bildik və topu özümüzdə saxlayırdıq. Vaxtımız var və inanıram ki, növbəti matçlarda bu səhvləri aradan qaldıra biləcəyik.
- Yoxlama oyunu olsa da, komandada ilk dəqiqələrdə həyəcan var idi…
- Uzun müddətdi ki, millidə oyun keçirmirik. Müəyyən qədər fasilə yaranmışdı. Yenidən bu formayla oyuna çıxdıq və 10-15 dəqiqə belə ola bilər. Daha sonra oyun zamanı hər şey qaydasına düşdü.
- Moldova gözlədiyinizdən daha güclü idi?
- Moldovanı çoxları zəif saya bilər. Qrupumuz üçün də bariz nümunədir. Amma bu gün artıq hər kəs futbol oynaya bilir. Hamı müdafiə olunmağı bacarır. Bu oyun bizim üçün yaxşı sınaq oldu.
- Komandanın komplektləşməsi üçün sentyabra qədər qalan 6 ay bəs edər ?
- Çempionat başlayandan sonra da futbolçular öz formasını bərpa edəcək. Bu da bizə çox kömək olacaq.
La Liqaya haker hücumu
“Çelsi” Alonsoya şans verəcək
“Mançester Yunayted”ə qayıda bilər
Musiala məşqdə yenə huşunu itirdi
Renat Dadaşovun komandasından qələbə
Premyer Liqada yeni tamaşaçı rekordu
“Avrokuboklara vəsiqə qazansaq...” - Azər Məmmədov
“Kəpəz” - “Qarabağ” matçından - Video
Nəriman Axundzadə bu dəfə də ehtiyatda qaldı
“İmişli”nin baş məşqçisi təyin edildi
"Kəpəz" - "Qarabağ" matçında heç-heçə, "Neftçi"dən qələbə
Mahir oynadı, komandası qalib gəldi
“Neftçi”ni liderliyə yüksəldən qələbəsindən - Video
Gəncədəki qarşılaşmaya Mehman Allahverdiyev start verdi
Maksimov “Neftçi”yə məğlubiyyətdən danışdı