"Mançester Siti"də ciddi itki

"Mançester Siti"də ciddi itki
XƏBƏR 30 Yanvar 2018 / 18:44 3059
-  A +

“Mançester Siti”nin futbolçusu Leroy Sane sıradan çıxıb.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə,  almaniyalı yarımmüdafiəçi İngiltərə Federasiya Kubokunun “Kardiff Siti”yə qarşı oyununda zədələnib.

Ayaq biləyindəki bağlarda zədə aşkarlanan futbolçunun ən azı 3 ay yaşıl meydanlardan kənarda qalacağı bildirilir.

Qeyd edək ki, 22 yaşlı futbolçu bu mövsüm  33 oyunda 11 qol vurub, 14 məhsuldar ötürmə edib.

Son xəbərlər
topaz banner