"Toplanış yaxşı keçir. Komanda hazırlaşır. Hamı yaxşı əhval-ruhiyyədədir. Gərgin işlə çempionatın ikinci yarısına hazırlaşırıq. Özüm haqda deyim ki, yavaş-yavaş optimal formamı əldə edirəm. Ümid edirəm ki, rəsmi oyunlara qədər tam şəkildə hazır olacam".
Qol.az-ın məlumatına görə, bu sözləri "Qəbələ"nin futbolçusu Vitali Vernidub Antalyadakı hazırlıq prosesi barədə fikirlərini Qəbələ TV-yə açıqlayarkən deyib.
O, oynadıqları yoxlama görüşlərinin yaxşı alındığını bildirib: "İki oyunumuz da hələ qalıb. Məncə, həmin oyunlarda da çatışmazlıqları aradan qaldırıb əvvəlki səviyyəyə gəlib çata bilərik. Toplanış ötən il keçdiyimizdən fərlqənmir. Normalda olduğu kimi yenə də yolunda gedir. Üç ildir buradayam. Görürəm ki, hər şey planlaşdırıldığı kimi gedir və o tempdə də davam edir".
La Liqaya haker hücumu
“Çelsi” Alonsoya şans verəcək
“Mançester Yunayted”ə qayıda bilər
Musiala məşqdə yenə huşunu itirdi
Renat Dadaşovun komandasından qələbə
Premyer Liqada yeni tamaşaçı rekordu
“Avrokuboklara vəsiqə qazansaq...” - Azər Məmmədov
“Kəpəz” - “Qarabağ” matçından - Video
Nəriman Axundzadə bu dəfə də ehtiyatda qaldı
“İmişli”nin baş məşqçisi təyin edildi
"Kəpəz" - "Qarabağ" matçında heç-heçə, "Neftçi"dən qələbə
Mahir oynadı, komandası qalib gəldi
“Neftçi”ni liderliyə yüksəldən qələbəsindən - Video
Gəncədəki qarşılaşmaya Mehman Allahverdiyev start verdi
Maksimov “Neftçi”yə məğlubiyyətdən danışdı