Kehill sabiq klubuna qayıtdı

Kehill sabiq klubuna qayıtdı
XƏBƏR 30 Yanvar 2018 / 15:20 3511
-  A +

Avstraliya millisinin hücumçusu Tim Kehill İngiltərə Çempionşip təmsilçisi "Milluoll"a transfer olunub.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, 38 yaşlı hücumçu ilə mövsümün sonuna kimi müqavilə imzalanıb. O, 7 nömrəli forma ilə çıxış edəcək.

T.Kehill 1998-2004-cü illərdə də "Milauoll"da oynayıb. O, burada 251 matçda 57 qol vurub.

Qeyd edək ki, T.Kehillin son klubu "Melburn Siti" olub.

Əlavə edək ki, Avstraliya millisində 50 qol vuran T.Kehill karyerası ərzində 4-cü dəfə yığma ilə dünya çempionatında iştirak edəcək.


Son xəbərlər
27.04.24  16:17

Keyn mükafat alacaq

27.04.24  15:40

Virtz "Bayer"də qalır

27.04.24  09:27

"Traktor" 1/4 finalda

27.04.24  01:30

"Real"dan qələbə