Futzal üzrə milli komandamızın üzvü Namiq Məmmədkərimov Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə müsahibə verib. Qol.az-ın məlumatına görə, o, Sloveniyanın paytaxtı Lyublyana şəhərində keçiriləcək Avropa çempionatının final mərhələsi ilə bağlı hədəflərindən söz açıb.
- İki gündür oyunların keçiriləcəyi Lyublyanadasınız. Komandada ab-hava necədir?
- Hazırlığa yanvarın 10-dan başlamışıq və həmin gündən məşqləri səhər və axşam olmaqla, gündə 2 dəfə edirik. Bəzi günlərdə bir hazırlıqla kifayətlənmişik. Təbii ki, uzunmüddətli hazırlıq müddətində hər kəs çalışdı ki, özünü yaxşı tərəfdən göstərə, baş məşqçinin istədiyini ona qaytara bilsin. Buna nə dərəcədə nail olmuşuq, oyunlar və nəticələr göstərəcək. Hazırda hər şey yaxşıdır və əhval-ruhiyyə yüksəkdir. Məncə, nəticələr də yaxşı olacaq.
- Oyunun keçiriləcəyi “Stojiçe Arena”da məşq keçdiniz. Bu örtükdə final mərhələsi üçün hazırlanmış toplarla oynamaq çətin deyil?
- Örtük çox yaxşıdır, toplar da rahatdır. Sadəcə, problem topla parketin təması zamanı sürətlə hərəkət etməsidir. Bu, bizim üçün bir qədər yenilikdir.
- Bu məqam oyun zamanı problem yarada bilərmi?
- Oyuna qədər uyğunlaşacağıq. Bura tez gəlməyimizin üstünlüyündən istifadə etməliyik. Yəni məşqlərdə buna tez uyğunlaşmalıyıq ki, oyunlarda çətinlik çəkməyək.
- Bəs qrupdakı rəqiblərimizlə bağlı nə düşünürsünüz?
- Aydın məsələdir ki, bu mərhələdə zəif komanda olmur. İspaniya bu oyunun kralıdır. Fransa ilə şansımız isə 50-nin 50-yədir. Matçlarını izləmişik. Debütant olsalar da, indi yaxşı formadadılar.
- Təhlükəli tərəfləri nələrdir?
- Fərdi oyuna üstünlük verirlər. İmkan tapdıqca, rəqibi təkbətək keçməyə çalışırlar. Fiziki və atletik baxımdan seçilirlər. Biz zonalı, onlar isə fərdi oyuna üstünlük verir.
- Taktiki cəhətdən necə, rəngarənglik varmı?
- Öz oyun üslubları var və çalışırlar sona qədər buna riayət etsinlər. Aut xətti yaxınlığında keçidlər etməyi sevirlər.
- Fransanı indiyə qədər qarşılaşdığınız komandalardan hansına bənzətmək olar?
- İranla, demək olar ki, yaxın gəlir. Ancaq İran kimi güclü deyiillər. İran millisi dünya reytinqində 4-5-ci yerlərdə qərarlaşıb. Bu komanda ilə yoldaşlıq oyunu keçirməkdə məqsədimiz fransızlara qarşı oynayacağımız taktikanı müəyyənləşdirmək idi. Yoldaşlıq görüşlərindəki səhvlərin üzərində işləmişik.
- Təqvimin bu cür sıralanması komandamızın xeyrinə ola bilərmi?
- Bizim üçün yaxşı təqvimdir. Çünki əvvəlcə rəqiblərimiz qarşılaşacaqlar. Daha sonra biz çempionatın favoriti ilə deyil, digər komanda ilə üz-üzə gələcəyik. Birinci oyunumuz olduğuna görə, gücümüzü səfərbər etməyi bacaracağıq. Onsuz da qrupdakı rəqiblərin hamısı ilə qarşılaşacağıq. Sadəcə, start hər zaman fərqli olur.
- Bu matçı 1/4 finala gedən yolda açar hesab etmək olarmı?
- Nəticədən çox şey asılı olacaq. Tək bu oyunun yox, İspaniya – Fransa qarşılaşmasının da nəticəsi vacibdi. Qələbə qazansaq, minimum tapşırığın öhdəsindən gəlmək mümkün olacaq.
- Baş məşqçi hazırlıq prosesində əsasən nələri tələb edir?
- Taktiki tapşırıqlar verir ki, onu yerinə yetirmək lazımdır. Hansı taktiki tapşırıqlardır, bunu açıqlamayacam. Oyunda görəcəksiniz. Əsas məsələ həmin taktikanı mənimsəməkdir. “Araz”ın oyunçuları onun rəhbərliyi altında çox çıxış etdiyindən bunu daha yaxşı qavrayırlar. Biz də çalışırıq ki, ansambldan geri qalmayaq.
Birlikdə 100 qol vurdular
Alvares La Liqadan gedəcək?
"Atletiko" - "Arsenal" matçının start heyətləri açıqlandı
Muradov başladı, Cəfərli bitirdi
FİFA DÇ-2026-nın mükafat fondunu artırdı
"Şahdağ Qusar" və "Zaqatala"dan qələbə, "Şəfa" xal itirdi
Rəqibə yumruq atan futbolçu sərt cəzalandırıldı
"Qolların hamısını dəf etmək çətin idi"
4 illik diskvalifikasiya olundu
Zidanın oğlu sıradan çıxdı
Hakimi yarımfinal matçını buraxa bilər
Qapını 70 yaşlı qapıçıya həvalə edəcəklər
Türkiyə Kubokunda finalın vaxtı və yeri dəyişdi
"Neftçi" - "Qarabağ" oyununun hakimləri açıqlandı
“Qarabağ” portuqaliyalı futbolçu ilə maraqlanır
Fransa klubunda baş məşqçi ayrılığı
"Bayer"lə yeni müqavilə bağladı - Rəsmi
AFFA İntizam Komitəsinin qərarları
Noyer ÇL antirekordunu təkrarladı
AFFA-nın vitse-prezidenti "Nou Kamp"dakı oyuna təyinat aldı
FİFA futbola məcburi 1 yerli gənc oyunçu limiti gətirir
Azərbaycan millisi UEFA İnkişaf Turnirində iştirak edəcək