“Səbail”in yeni transferi Ruslan Əmircanov Qol.az saytına müsahibə verib.
- 6 ay klubsuz qaldın. Kənardan Azərbaycan futbolu necə görünür?
- Kənardan baxmaq mənə çətin gəlirdi. Çünki hər zaman çempionatda yaxşı komandalarda oynamışam. Sadəcə, son vaxtlar futbol bəxtsizliyi baş verib. “Qara zolaq”da idim. “Səbail”ə keçəndən sonra demək olar ki, uğursuzluqdan yaxa qurtarmışam. Futbolumuz kənardan əvvəlki kimi görünmür. O vaxtkı maraq qalmayıb. Geri düşüb. Əvvəllər 10-12 komanda iştirak edirdisə, indi 8-i qalıb. Bu da bəzi futbolçuların klubsuz qalmasına gətirib çıxarıb. İndi də söz-söhbət gəzir ki, gələn ildən 10 komanda, növbəti mövsümdə isə 12 komanda olacaq. Klublar nə qədər çox olsa, maraq da, rəqabət də artar.
- “Səbail”də yaydan etibarən məşq edirdin. Keçidin isə qışda alındı. Müqavilənin gecikməyi nə ilə bağlıdır?
“Səbail”də futbolçu çox idi. Baş məşqçi hər zaman mənə deyirdi ki, sənə güvənirəm. Məni qışda komandaya götürəcəyini söyləmişdi. Mən isə hər dəfə komandaya kömək etmək istədiyimi deyirdim. Limitə görə müqavilə gecikdi.
- “Səbail”in çempionatdakı şanslarını necə dəyərləndirirsən? Səncə, yuxarı qalxmaq mümkün olacaqmı?
- Əlbəttə, mümkün olacaq. Digər komandalar da güclənirlər. Amma bir məsələ var ki, hər futbolçunu komandaya götürmək olmaz. Hamı çalışır ki, yaxşı futbolçular gətirsin. Bizim məşqçilər də yuxarı səviyyəli legioner axtarırlar. Demirəm ki, fasilədən sonra yuxarı pillələrdə qarşılaşıb, çempion olacağıq. Amma hər bir komandayla başabaş mübarizə aparacağıq.
- Qayıdışından sonra azarkeşlər əvvəlki Ruslanı görə biləcəklərmi?
- Futbol elədir ki, yaxşı futbolçunun hərdən bəxti gətirmir. Elə futbolçu var, güclüdür, amma zədələnir, oynaya bilmir. Elələri də var ki, sən oynayan vaxt kənardan baxır, sənə top atır. Bəxti gətirir, bir də baxırsan ki, normal oyun oynayır. Çalşıram ki, məşqlərdə özümü yaxşı tərəfdən göstərib əvvəlki formamı yığım. Yoldaşlıq oyunlarında da meydana çıxıram. Hiss edirəm ki, oynaya bilərəm. Çempionatın ikinci hissəsində baş məşqçi şans versə, əlimdən gələni edəcəm ki, komandaya köməyim dəysin.
- Sabiq komandan “Neftçi”də son vaxtlar baş verənlər birmənalı qarşılanmır. Komanda yoxlama oyununda 1:8 hesabı ilə uduzandan sonra tənqidlər daha da artdı. Hazırkı vəziyyətlə bağlı sən hansı
fikirdəsən?
- 1:8 hesablı məğlubiyyəti eşidəndə biz də şoka düşdük. Ardınca da “Kəpəz” böyükhesabla məğlub oldu. Futbolda nəyisə əvvəlcədən bilmək olmur. Sabah biz də elə komanda ilə oynayarıq ki, böyük hesabla uduzarıq. “Neftçi” ikinci dəfə onlarla oynasa, o hesab olmaz. Epizodlara baxdım, hardan vururdular, top qapıya daxil olurdu. Bir az də bəxtləri gətirdi. Yoxlama oyunları vacib deyil. Əsas çempionatdır.
- Amma razılaş ki, bu, əvvəlki “Neftçi” deyil...
- Çünki o vaxt komandanın heyəti tamam başqa idi. Komandadakı yerli uşaqların əksəriyyəti milli komandalara çağırılırdılar. Legionerlər isə komandanı belində aparırdılar.
- Belə çıxır ki, “Neftçi”nin problemi futbolçulardadır?
- Məşqçi futbolçuya tapşırıq verir ki, çıx, belə oyna. Özü meydana çıxmır ki. Sən onun dediklərini edə bilmirsənsə, məşqçi nə etsin? Düzdür, hər şeyi futbolçuların üstünə də atmaq düz deyil. Bir şey də var ki, komanda uduzanda daha çox baş məşqçini günahlandırırlar. Futbolçu var, çıxıb zəif oynayacaq, baş məşqçini vuracaq yerə, futbolçu da var ki, canavar kimi oynayıb məşqçini göylərə qaldıaracaq.
- Ötən il Azərbaycan futbolunda bir çox dəyişikliklər oldur. Əsas məqam Qurban Qurbanovun millinin baş məşqçisi təyin olunması idi. Bu barədə nə deyə bilərsən?
- Qurban Qurbanov özünü sübut etmiş mütəxəssisdir. Neçə ildir “Qarabağ”ın ardıcıl çempionluqları da bunu deməyə əsas verir. İnanıram ki, eyni uğurları milli komandada da təkrarlayacaq.
Elnur SALAHOV
Antalya
Fransa - İsveç: Heyətlər
Norveç Kot d'İvuara qalib gəldi
Haalanddan zəif göstərici
"Marsel"də baş məşqçi ayrılığı
Braziliya millisində itki
"Onlar akademiyalarda, biz isə çətinliklər içində böyüdük"
Dünya çempionatlarında yalnız 3 milli bunu bacarıb
Portuqaliyalı hücumçu "Milan"da
"Zirə" Türkiyə klubuna məğlub oldu
Kot d'İvuar - Norveç: Heyətlər
İstefa dalğası bu dəfə ona doğru gəlir
İspaniya millisinin müdafiəçisi “Atletiko”ya keçdi
Mundialın oyun günləri ABŞ-da dəhşətli isti gözlənilir
Oğlunu bağrına basıb hönkür-hönkür ağladı - Video
1-ci və 2-ci liqada mövsümün başlama tarixi açıqlandı
"Sabah"dan ayrıldı, Rusiya klubuna keçir
"Neftçi" Sloveniya toplanışına start verdi
Kasilyasdan futbol qaydaları ilə bağlı maraqlı təklif
"Karvan Yevlax"dan "Səbail"ə
Azərbaycan millilərində məşqçi dəyişiklikləri
"Qəbələ" konqolu futbolçu transfer etdi
"İnter"də daha üç ayrılıq - Rəsmi
Asim Xudiyevə yeni mövsümün ilk təyinatı
“Turan Tovuz” rəsmisi: “Fənərbaxça” seçimi təsadüfi deyil”
Türkiyədə legioner limiti dəyişmədi
"İnter" Yan Zommerlə yolları ayırdı
Azərbaycanda bu şəhərin iki klubu birləşdirildi
"İranın mundialdan getməsinə görə sevindim, rəqs etdim"
İbrahimoviç Kumanı sərt tənqid etdi
“Qarabağ” 1 milyon avroya müdafiəçi alır - Macar mediası
Paraqvay Almaniyaya belə qalib gəldi - Video
Naqelsman: "İstefa vermirəm"
Qələbədən sonra bütün komanda səcdə etdi - Şəkil
Levandovskinin yeni klubu rəsmən açıqlandı
Paraqvayda millinin uğuruna görə tətil elan edildi
DÇ-2026: 1/8 finalın ilk cütü müəyyənləşdi
Braziliyanı 1/8 finala aparan qələbə - Video
Almaniya mundialla vidalaşdı - DÇ-2026-da sensasiya
Millimizin üzvü Kosovo klubu ilə anlaşdı
“Bu heyət dünya çempionu olmağa qadirdir” - Kazemiro
“İmişli”ni I Liqa klubuna dəyişdi
Braziliya millisinin seriyası davam edir
U-17 millimiz Tacikistana məğlub olub
Braziliya - Yaponiya oyununun ən yaxşısı kim seçildi?
"Beşiktaş" 7 futbolçusunu göndərə bilər
Pelenin rekorduna yaxınlaşır