"Bir neçə dəfə topu “Qarabağ”dan oğurladıq"

"Bir neçə dəfə topu “Qarabağ”dan oğurladıq"
XƏBƏR 30 Yanvar 2018 / 01:30 3336
-  A +

“Bu gün yaxşı oynadıq. Komandamda hər şey qaydasındadır, özümüzü yaxşı tərəfdən göstərə bildik”.

Qol.az-ın məlumatına görə, bu sözləri “Sarayevo”nun baş məşqçisi Husrev Musemiç Antalya toplanışı çərçivəsində “Qarabağ”a qalib gəldikləri (2:0) yoxlama  oyunundan sonra deyib.

O, Bosniya və Hersoqovina klubunun rəsmi saytına açıqlamasında qələbəni belə şərh edib: “Belə oyunlarda nəticə elə də vacib deyil, amma bu qələbə gözəl oyuna görə bizə mükafat idi. Matça 5 itki ilə çıxmışdıq. 4 oyunçumuz milli komandanın düşərgəsində, biri isə zədəli idi. Bütün bunlara baxmayaraq, hər şeyi düzgün etdik. Futbolçularımdan razıyam və həmişə çalışacam ki, komandam bugünkü kimi olsun. Rəqibə təzyiq edəndə qol imkanları qazanırıq. Bir neçə dəfə topu “Qarabağ”dan oğurladıq. Bu oyunda da 3-4 qol imkanımız oldu. Yaxşı və keyfiyyətli rəqiblərə qarşı çıxış edirik. Komandanın inkişafı üçün bu, çox vacibdir”.

Son xəbərlər
27.04.24  16:17

Keyn mükafat alacaq

27.04.24  15:40

Virtz "Bayer"də qalır

27.04.24  09:27

"Traktor" 1/4 finalda

27.04.24  01:30

"Real"dan qələbə