"Milli və klubda hər şey fərqli ola bilər. Hadisələrin necə inkişaf edəcəyinə baxacağıq”.
Qol.az-ın məlumatına görə, bu sözləri millimizin futbolçusu Ramil Şeydayev deyib. Yığmamızın Antalyadakı təlim-məşq toplanışı çərçivəsində sabah Moldova millisi ilə yoxlama oyunu öncəsi deyib.
"Qurban Qurbanovun rəhbərliyi altında ilk oyunumuza çıxacağıq. Bizim üçün asan matç olmayacaq”. Mərkəz hücumçusu millimizin Millətlər Liqasındakı rəqiblərini dəyərləndirib: "Millətlər liqasında maraqlı qrupa düşmüşük və futbolçularla bu haqda danışmışıq. Qrupdan çıxmaq gücümüz var və əlimizdən gələni edəcəyik. Ümid edirəm ki, qrupdan çıxacağıq. Bunun əksini isə düşünmək istəmirəm” - deyə o bildirib.
R.Şeydayev bundan əvvəl U-21 yığmamızın təlim-məşq toplanışında iştirakı ilə bağlı da danışıb. O, klubunda komanda yoldaşı olduğu Rəşad Sadıqovun rəhbərliyi altında çıxış etməsi barədə bunları söyləyib: "Bu, futbolda normal haldır. Belə vəziyyətlərdə subardinasiyanı gözləmək lazımdır. İndiki vəziyyətdə daha çox oynamaq vacibdir. U-21-də və "Qarabağ”da oynamışam, ola bilər ki, sabah Moldovaya qarşı oyunda da meydanda olum”.
R.Şeydayev klubdakı vəziyyəti barəsində də danışıb: "Dino Ndlovunun yoxluğunda necə olacağına baxarıq. Görək, baş məşqçimiz nə qərar verəcək. Çempionat başlayandan sonra bu suala aydınlıq gələcək”.
La Liqaya haker hücumu
“Çelsi” Alonsoya şans verəcək
“Mançester Yunayted”ə qayıda bilər
Musiala məşqdə yenə huşunu itirdi
Renat Dadaşovun komandasından qələbə
Premyer Liqada yeni tamaşaçı rekordu
“Avrokuboklara vəsiqə qazansaq...” - Azər Məmmədov
“Kəpəz” - “Qarabağ” matçından - Video
Nəriman Axundzadə bu dəfə də ehtiyatda qaldı
“İmişli”nin baş məşqçisi təyin edildi
"Kəpəz" - "Qarabağ" matçında heç-heçə, "Neftçi"dən qələbə
Mahir oynadı, komandası qalib gəldi
“Neftçi”ni liderliyə yüksəldən qələbəsindən - Video
Gəncədəki qarşılaşmaya Mehman Allahverdiyev start verdi
Maksimov “Neftçi”yə məğlubiyyətdən danışdı