Obameyanq bu gün “Arsenal”a keçəcək – Bild

Obameyanq bu gün “Arsenal”a keçəcək –  Bild
XƏBƏR 29 Yanvar 2018 / 17:33 6895
-  A +

“Arsenal” Pyer-Emerik Obameyanqın transfer ilə bağlı Dortmund “Bourussiya”sı ilə razılığa gəlib.

Qol.az-ın məlumatına görə, bu barədə Almaniyanın Bild qəzeti xəbər yayıb.

Bildirilir ki, qabonlu hücumçunun keçidi bu gün baş tutacaq. Bu transfer üçün London klubunun “Borussiya”ya 63 milyon avro ödəyəcəyi iddia edilir.

Qeyd edək ki, 2013-cü ildən Dortmund klubunda çıxış edən Obameyanq bu mövsüm 24 oyuna 21 qol vurub.

Son xəbərlər
topaz banner