“Xəzər” Bolqarıstan klubu ilə qarşılaşacaq

“Xəzər” Bolqarıstan klubu ilə qarşılaşacaq
XƏBƏR 29 Yanvar 2018 / 16:44 1493
-  A +

Türkiyədə təlim-məşq toplanışında olan “Xəzər” sabah Antalyadakı hazırlıq prosesi çərçivəsində növbəti yoxlama oyununu keçirəcək.

Qol.az-ın klubun Feysbuk səhifəsinə istinadən yaydığı xəbərə görə, birinci divizion təmsilçisi  Bolqarıstanın yüksək liqasında çıxış edən “Vereya” ilə üz-üzə gələcək.

Sabah “Mərdan” stadionunda keçiriləcək qarşılaşma saat 16:00-da start götürəcək.

Qeyd edək ki, “Vereya” 20 turdan sonra 14 komanda arasında 6-cı pillədə qərarlaşıb.

Son xəbərlər
topaz banner