PSJ-yə transfer qadağası qoyula bilər

PSJ-yə transfer qadağası qoyula bilər
XƏBƏR 29 Yanvar 2018 / 14:52 3244
-  A +

UEFA PSJ ilə bağlı növbəti araşdırmaya başlayıb.

Qol.az-ın Fransa mətbuatına istinadən yaydığı xəbərə görə,  Paris klubu transferlər zamanı maliyyə feyr-pley qaydalarını pozmaqda günahlandırılır.

Bir müddət əvvəl Neymar və Kilian Mbappenin transfer sənədlərində problem aşkarlayan UEFA  işə yenidən baxıb.

Fransa klubunun  adıçəkilən futbolçuların transfer qitməyi ilə bağlı təqdim etdiyi rəqəmlərlə sponsoru olan Qətər şirkətinin göstərdiyi rəqəmlər üst-üstə düşmür. UEFA bu transferlərin keçidində qanunsuzluq aşkarlasa, kluba transfer qadağası qoyulacaq.

Qeyd edək ki, PSJ Neymarı “Barselona”dan 222, Kilian Mbappeni isə “Monako”dan 180 milyon avroya transfer edib.

Son xəbərlər
topaz banner