“Keşlə” braziliyalı futbolçunu geri qaytardı

“Keşlə” braziliyalı futbolçunu geri qaytardı
XƏBƏR 29 Yanvar 2018 / 13:45 2838
-  A +

“Keşlə” baxışda olan futbolçulardan biri ilə bağlı qərar verib.

Klubun mətbuat xidmətindən Qol.az-a verilən məlumata görə, paytaxt təmsilçisi Lukas Dos Santosu geri qaytarıb.

Braziliyalı yarımmüdafiəçinin durumu baş məşqçi Yuri Maksimovu qane etməyib. O, dünən komandanı tərk edib.

Xatırladaq ki,  “Keşlə” qış transfer pəncərəsində Məqsəd İsayev, Kamran Ağayev, Pablo Podio, Herve Tçami, Nemanya Stoyanoviç, Vaqif Cavadov, Andre Klennonu və Ebrima Sohnanı transfer edib.

Son xəbərlər
topaz banner