“Səbail”in baş məşqçisi Samir Əliyev jurnalistlərin suallarını cavablandırıb. Qol.az-ın məlumatına görə, gənc mütəxəssis əvvəlcə komandasının hazırda davam edən Antalya toplanışını dəyərləndirib.
- Ayın 20-dən toplanışdayıq. Fevralın 4-nə kimi burda olacağıq. Planla 4 yoxlama oyunu keçirməliydik. 2-sini oynamışıq, 2-si qalıb. Ümumi baxanda toplanışdan narazılığım yoxdur. Hər bir şərait var. Bizim işimiz çox çalışıb mövsümün ikinci hissəsinə hazır olmaqdır. Ən azı çempionatı 6-cı yerdə bitirmək istəyirik. Görürsünüz ki, turnir cədvəlində bizdən arxada olanda komandalar güclənirlər.
- Bəs “Səbail” özü bu mənada gecikmir?
- Yox. Məncə, yetərincə güclənmişik. Özümüzdə potensiallı futbolçular var. Son 2 yoxlama oyunu da göstərdi ki, göz dəyməsin, komandada artım var. Fərqli sistemlə oynayırıq. Heç bir narazılığım yoxdur.
- Transfer məsələsi nə yerdədir?
- Bu yaxınlarda bir moldovalı futbolçu götürmüşük. Yerlilərdən Kərim Diniyev, Rahil Məmmədov, Fəhmin Muradbəyli, Aqşin Qurbanlını tranfer etmişik.
- Bəs, Koçuk hansı keyfiyyətlərinə görə diqqətinizi çəkdi?
- Bizdə yarımmüdafiədə say çox idi, amma keyfiyyət yox idi. Koçuk sistemə uyğun futbolçudur. Hansı keyfiyyətlərinə görə götürdüyümü çempionatda görəcəksiniz.
- Onu nominal hücumçu kimi də oynada biləcəksiniz?
- Hansı sistemlə olur-olsun, dayaq yarımmüdafiəçisi və pleymeyker kimi oynaya bilər.
- Hücum xətti sizi razı salır?
- Yeni sistemdə 2 hücumçu ilə oynamağı planlaşdırırıq. Bu mövqedə çıxış edə bilən 4 yerli hücumçumuz var. Üstəgəl, bir afrikalı hücumçu da bizi Bakıda gözləyir. Viza məsələsi düzəlmədiyi üçün Antalyaya gələ bilmədi.
- Adı nədir?
- Adını müqavilə bağlayandan sonra biləcəyik. Bakıda fərdi qaydaday məşq edir. Məşqçimiz hər gün onunla dialoqdadır. Tapşırıqlarını verir.
- Belə çıxır ki, son vaxtlar oyun praktikasına malik olmayıb...
- Hə, bir az oynamayıb.
- Azərbaycan futbolsevərlərinin tanıdığı adlardandır?
- Bəli, tanıyırsınız onu.
- İki yoxlama oyunu keçirmisiniz. Hansından daha çox razı qalmısınız?
- Hər iki oyundan razıqalmışam. Futbolçular bütün bacarıqlarını ortaya qoyublar. Hər oyundan sonra səhvlərimizi analiz edirik. Yaxşı keyfiyyətlərimizi isə futbolçulara göstəririk ki, bundan maksimum istifadə etsinlər. Normal rəqiblərlə oynasaq da, onlara çox qol imkanı yaratmağa imkan vermədik.
- Özünüz də qeyd etdiniz ki, əsas rəqibləriniz güclənirlər. 6-cı yer uğrunda mübarizədə “Keşlə” və “Kəpəz”lə “Səbail” arasında səviyyə fərqi özünü göstərməyəcək?
- Bütün komandalar bir-birini izləyir. İmkan düşdükcə, digər yoxlama oyunlarına baxırıq. Amma sırf rəqibə görə taktiki-sxem qurmaq, hazırlaşmaq planımız yoxdur. Rəqibdən asılı olmayaraq, öz oyunumuzu oynamağa çalışırıq. Məqsəd sırf 6-cı pillə deyil. Ən azı mövqeyimizi qorumaq istəyirik. Amma eyni zamanda digər iddialı klublar da mübarizə aparacağıq.
- Bundan sonra daha çox hansı taktiki-sxemə üstünlük verəcəksiniz?
- Hazırda 2 sistemi sınaqdan keçiririk. 3-5-2 sitemi hələlik pis alınmır. Bu barədə çox danışmaq istəmirəm. Əsas sistem deyil. Əsas məşqçinin tələbini meydanda icra etməkdir. Eyni sistemlə bir neçə klub oynayır. Amma hər məşqçinin öz tapşırıqları olur.
- Komandaya yeni futbolçular gəldi. Aydın məsələdir ki, onların komandaya uyğunlaşması üçün vaxt lazımdır. Bu, ikinci dövrə başlayanda sizə çətinlik yaratmayacaq?
- Xeyr. “Səbail” yeni klubdur. 30-a yaxın futbolçumuz var idi. Məcburiyyətdən sayı azaldıb, keyfiyyətə fikir verdik. Yeni gətirdiyimiz futbolçular mənim işimə, mən də onların potensialına bələdəm. Yeni gələn moldovalı komandaya çox tez uyğunlaşdı. Səviyyəli futbolçu olanda adaptasiya tez olur. Yeni oyunçular gəlsələr də, komandanın özəyini saxlamışıq.
Elnur SALAHOV
Antalya
"Şamaxı"dan yeni transfer
İngiltərə - Konqo matçının ən yaxşısı seçildi
“Zirə”nin rəqibi superkuboku qazandı
İngiltərə millisi 60 il sonra tilsimi qırdı
Penalti qaçıran futbolçular təhqirlərə məruz qaldı
"Qarabağ" hər iki oyunda uduzdu - Yenilənib
"Zirə" Türkiyə klubuna qalib gəldi
Azərbaycan millisi Tacikistanı məğlub etdi
"Bavariya" mundialın ulduzunu transfer etdi
"Arsenal"dan getdi
İspaniya Superkubokunun vaxtı və yeri dəyişdirildi
"Marsel" yeni baş məşqçisini açıqladı
İngiltərə - Konqo: Heyətlər
“Qarabağ”ın “Ferensvaroş”la oyun üçün heyəti
Azərbaycan millisində çıxış etməsinə rəsmən icazə verildi
Bir işarəsi ilə bütün komandanı susdurdu! - Video
"Bura turist kimi gəlməmişik"
"Şəfa"dan ilk legioner transferi
Azərbaycan millisinin oyunu Gəncədə!
Türkiyə millisinin üzvü "Trabzonspor"da- Rəsmi
"Barselona" ilə müqaviləni uzatdı
Yamal: "DÇ-2026-nın qalibi olacağam"
Polis Almaniya Futbol İttifaqına basqın etdi
Kapitanla yola davam - Rəsmi
"Liverpul" müdafiəçi transfer etdi
MEDİA müsabiqələrin nəticələrini açıqlayıb
Elvin Cəfərquliyev start heyətdə
Lempardla müqavilə uzadıldı
“Kayzerslautern” Mahiri təbrik etdi - Şəkil
Zinçenko klubsuz qaldı
Özbəkistan millisi qəhrəman kimi qarşılandı - Şəkillər
İnfantino Trampa 10 bilet hədiyyə edib
“Qarabağ”ın Avroliqa oyunlarının hakimləri müəyyənləşdi
Deşam dünya çempionatlarının tarixinə düşdü
Mbappe Messi ilə bombardirlik yarışından danışdı
UEFA "Çelsi" və "Nyukasl"ı cərimələdi
"İnter"dən ayrıldı, "Panatinaikos"a keçdi
Bakıda İBA Çempionlar Gecəsi keçiriləcək
Fransanın böyükhesablı qələbəsi - Video
Meksika millisi 40 illik həsrətə son qoydu
Ronald Kuman istefa verdi
“Neftçi”nin 4 rəqibi
Mbappe Messini keçdi - Bombardirlik yarışı
Mundialda 1/8 finalın daha 2 cütü məlum oldu