Nazarovun komandasından növbəti məğlubiyyət

Nazarovun komandasından növbəti məğlubiyyət
XƏBƏR 29 Yanvar 2018 / 10:35 1257
-  A +

Almaniya 2-ci Bundesliqasında 20-ci turun oyunları keçirilib.

Qol.az-ın xəbərinə görə, millimizin yarımmüdafiəçisi Dmitri Nazarovun çıxış etdiyi “Erzgebirge” doğma meydanda Braunşveyq “Ayntraxt”ı ilə qarşılaşıb.

Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 1:3.

Start heyətdə meydana çıxan Nazarov 56-cı dəqiqədə əvəzlənib.

Qeyd edək ki, “Erzgebirge” 23 xalla 18 klub arasında 15-ci pillədə qərarlaşıb.

Son xəbərlər
topaz banner