“1:8-dən sonra nə deyim?! Futboldur, hərdən belə hallar da olur”.
Bu sözləri Qol.az-ın Antalayaya ezam olunmuş müxbiri ilə söhbətində “Kəpəz”in yarımmüdafiəçisi Tural Rzayev deyib. Gənc futbolçu Polşanın “Yagelloniya” klubuna 1:8 hesabı ilə uduzduqları yoxlama oyunu haqda fikirlərini açıqlayıb:
“Oyundan əvvəl fiziki cəhətdən çox yüklənmişdik. Komandada yorğunluq var idi. Amma hər şeyi bununla bağlamaq olmaz. Rəqib çox sürətli oyun sərgilədi. Bizim oyunumuz isə alınmadı. İstənilən halda böyükhesablı məğlubiyyət aldıq. Buna görə utanıram. Heç kim istəməz bu şəkildə məğlub olsun”.
T. Rzayev ilk hissənin sonlarında rəqib futbolçularla aralarında baş verən əlbəyaxa davadan da danışıb: “Mən epizoda uzaq idim, görmədim. Amma uşaqlar dedi ki, davanı onlar başladıblar. Tərzindən də soruşdum. Dedi ki, yerə yıxılandan sonra rəqib futbolçu ona təpik vurub”.
Qeyd edək ki, “Kəpəz” – “Yagelloniya” oyununun 43-cü dəqiqəsində iki komandanın futbolçuları arasında əlbəyaxa dava düşüb. Hətta ehtiyatda oturan futbolçular da meydana daxil olaraq, davada iştirak ediblər.
La Liqaya haker hücumu
“Çelsi” Alonsoya şans verəcək
“Mançester Yunayted”ə qayıda bilər
Musiala məşqdə yenə huşunu itirdi
Renat Dadaşovun komandasından qələbə
Premyer Liqada yeni tamaşaçı rekordu
“Avrokuboklara vəsiqə qazansaq...” - Azər Məmmədov
“Kəpəz” - “Qarabağ” matçından - Video
Nəriman Axundzadə bu dəfə də ehtiyatda qaldı
“İmişli”nin baş məşqçisi təyin edildi
"Kəpəz" - "Qarabağ" matçında heç-heçə, "Neftçi"dən qələbə
Mahir oynadı, komandası qalib gəldi
“Neftçi”ni liderliyə yüksəldən qələbəsindən - Video
Gəncədəki qarşılaşmaya Mehman Allahverdiyev start verdi
Maksimov “Neftçi”yə məğlubiyyətdən danışdı