Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Sumqayıt” bu gün növbəti yoxlama oyununu keçirib.
Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Samir Abasovun komandası Makedoniya təmsilçisi “Akademiya Pandev” klubu ilə qarşılaşıb. 30-cu dəqiqədə “Sumqayıt” Vurğun Hüseynovun qolu ilə hesabda önə keçsə də, 44-cü dəqiqədə rəqib Aleksandar Mişov ilə hesabda tarazlığı bərpa edib. Beləliklə, oyun 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
“Sumqayıt” FK meydana bu heyətlə çıxıb:
23. Mehdi Cənnətov, 2. Rail Məlikov, 3. Vurğun Hüseynov, 6. Kamal Mirzəyev, 7. Cavid Tağıyev, 9. Amil Yunanov, 14. Bəxtiyar Həsənalızadə, 17. Nicat Qurbanov, 18. Tural Axundov, 19. Azər Salahlı, 97. Xəyal Nəcəfov.
Meydana sonradan daxil olanlar:
1. Fərhad Vəliyev, 36. Süleyman Süleymanov, 11. Ehtiram Şahverdiyev, 20. Rüfət Abdullazadə, 32. Rəşad Eyyubov, 39. Tural Bayramlı, 70. Ülvi İsgəndərov.
Qeyd edək ki, “Sumqayıt” növbəti yoxlama görüşünü yanvarın 31-də Rusiya Premyer Liqası təmsilçisi “Anji”yə qarşı keçirəcək.
La Liqaya haker hücumu
“Çelsi” Alonsoya şans verəcək
“Mançester Yunayted”ə qayıda bilər
Musiala məşqdə yenə huşunu itirdi
Renat Dadaşovun komandasından qələbə
Premyer Liqada yeni tamaşaçı rekordu
“Avrokuboklara vəsiqə qazansaq...” - Azər Məmmədov
“Kəpəz” - “Qarabağ” matçından - Video
Nəriman Axundzadə bu dəfə də ehtiyatda qaldı
“İmişli”nin baş məşqçisi təyin edildi
"Kəpəz" - "Qarabağ" matçında heç-heçə, "Neftçi"dən qələbə
Mahir oynadı, komandası qalib gəldi
“Neftçi”ni liderliyə yüksəldən qələbəsindən - Video
Gəncədəki qarşılaşmaya Mehman Allahverdiyev start verdi
Maksimov “Neftçi”yə məğlubiyyətdən danışdı