“Qəbələ”nin yarımmüdafiəçisi Cavid Hüseynov Rusiyanın “Arsenal” klubu ilə yoxlama oyunundan (3:3) sonra Qol.az saytına müsahibə verib. Hazırlıq prosesini dəyərləndirən kapitan digər məqamlara da toxunub.
- Toplanış necə keçir?
- Hər şey yaxşıdır. Hazırlıq prosesi səmərəli keçir. Oyundan-oyuna artırırıq. “Arsenal”la oyunda da yaxşı çıxış etdik. Sadəcə, müdafiədə ani səhvlərdən uşaq qolları buraxdıq. Amma hücumda yaxşı oynadıq. Oyunumuzdakı irəliləyiş hiss olunur.
- Hazırkı formanız sizi qane edir? Yəqin özünüz də razılaşarsınız ki, mövsümün ilk yarısında sizdən gözlənilən oyunu göstərmədiniz...
- Əlbəttə, gözlədiyim oyunu göstərə bilmədim. İndidən nəsə desəm, yalan olar. Hələ ki, işləməliyəm. Çalışıram ki, hazırlıqdan maksimum yararlanıb. Həm komanda ilə birgə, həm də fərdi məşqlərdə əlimdən gələni edirəm.
- Əvvəlki formanınızı bərpa etməyinizə mane olan nədir?
- Fiziki cəhətdən çətinliyim yoxdur. Məncə, oyundan-oyuna hər şey qaydasına düşəcək. Əvvəlki formamı yığmaq üçün daha çox oynamalıyam.
- Milli komandaya dəvət aldınız. Bilirik ki, Qurban Qurbanovla Roman Qriqorçukun oyun fəlsəfəsi fərqlənir. Qurbanov irəlidə topu özündə daha çox saxlaya bilən futbolçu görmək istəyir. Bu, sizə problem yaratmayacaq?
-Yox, çətin olacağını düşünmürəm. Özüm də topla oynamağı sevən futbolçuyam. “Qəbələ”də elədir ki, hücuma tez çıxırıq. Hərdən 2 ötürmə ilə hücumda çoxalırıq. “Qarabağ”da isə futbolçular daha çox topu özlərində saxlamağa çalışırlar. İnanmıram ki, hansısa çətinliyim olar. Amma hər şeyi gələcək göstərəcək.
- Bu oyundan sonra millinin düşərgəsinə qoşulacaqsınız. Ümumiyyətlə, Moldova ilə oyun bizə nə verə bilər?
- İlk toplanışdır. Bu, daha çox tanışlıq xarakteri daşıyır. Qurban müəllimhər birimizi klublarımızdan tanısa da, onun başçılığı altında oynamamışıq. Məncə, elə ilk oyunumuz da tanışlıq xarakterli olacaq.
- Millətlər Liqasında rəqiblər bilindi. Sizcə, qrupda əsas rəqibiniz kimdir və potensialınız nəyə çatacaq?
- Əsas rəqib Kosovodur. Kimi dindirsən, onlardan danışır. Amma gərək bütün rəqibləri ciddiyə alasan. Mənə elə gəlir ki, potensialımız var. Qrupdakı əsas mübarizə Kosovo ilə bizim aramızda keçəcək.
- Sizə də elə gəlmir ki, Kosovo millisini çox böyüdürlər?
- Ola bilər. Çünki onların futbolçularının 95 faizi ölkə xaricində oynayırlar. Bu, istər-istəməz təsir edir. Bizim isə 100 faizimiz Azərbaycanda oynayır. Açıq danışsaq, bu gün çempionatımızın səviyyəsi elə də yüksək deyil. Bu baxımdan Kosovonu əsas rəqib kimi görürük. Malta və Farer adaları ilə oynamışıq.Onlarla müqayisədə Kosovo daha ciddi rəqibdir.
-Son oyun səfərdə məhz əsas rəqib hesab etdyimiz Kosovoya qarşı olacaq. Təqvimi uğursuz adlandırmaq olar?
- Düzü, təqvimə baxdım. Mən də bir az narahat oldum. Amma artıq püşk atılıb, təqvim də bəllidir. Bunu düşünməyin mənası yoxdur.
Elnur SALAHOV,
Antalya
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”
Tanınmış idmançılardan Zəfər bayramı təbriki - Video
“Şəfa” – “Araz-Naxçıvan” oyunu niyə gecikir?
“Kəpəz” yoxlama oyunu keçirəcək
"Şəfa" - "Araz-Naxçıvan": Heyətlər
Azərbaycan U-21 millisinin heyəti açıqlandı
PSJ-dən Dembele qərarı
Emin Mahmudovdan milliyə vida, “Neftçi”yə mesaj
İngiltərə millisinin sabiq futbolçusu karyerasını bitirdi
A Seriyasının ayın ən yaxşı məşqçisi seçildi
Prezident Xankəndi Stadionunun açılışında - Şəkillər
Musa Qurbanlı: “Çempionluq hədəfimizdən əl çəkməyəcəyik”
İnfantino planlarından imtina etdi
Türkiyə klubunda yeni baş məşqçi
Neymarın atası “Santos”un baş direktoru oldu
“Hamburq” “Borussiya”nı məğlub etdi
Superliqada 11-ci tura start verildi
Cəlal oynadı, komandası qalib gəldi
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi