"Sumqayıt"ın oyununun vaxtı açıqlandı

"Sumqayıt"ın oyununun vaxtı açıqlandı
XƏBƏR 27 Yanvar 2018 / 18:34 973
-  A +

Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışını davam etdirən “Sumqayıt” qonşu ölkədə sabah növbəti yoxlama oyununa çıxacaq.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Samir Abasovun komandası Makedoniyanın “Akademiya Pandev” klubu ilə üz-üzə gələcək.

Qarşılaşma Manavgat şəhər stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 16:00-da start götürəcək.

Qeyd edək ki, 2010-cu ildə məşhur futbolçu Qoran Pandev tərəfindən yaradılan komanda ötən mövsüm Makedoniya 2-ci liqasında 1-ci yer tutaraq əsas liqaya vəsiqə qazanıb. Pançe Stoyanovun baş məşqçisi olduğu “Akademiya Pandev” hazırda Makedoniya əsas liqasında 4-cü yerdə qərarlaşıb.

Daha çox


Son xəbərlər