“Beşiktaş” legionerini göndərir
“Beşiktaş”ın futbolçusu Matey Mitroviç komandadan ayrılır.
Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, xorvatiyalı müdafiəçi Belçikanın “Brügge” klubuna keçmək üzrədir. Klublar arasında danışıqlar gedir.
Qeyd edək ki, ötən ildən İstanbul klubunda çıxış edən 24 yaşlı futbolçu cəmi 22 oyunda meydana çıxıb.