Türkiyə Super Liqasında baş məşqçi istefası

Türkiyə Super Liqasında baş məşqçi istefası
XƏBƏR 27 Yanvar 2018 / 14:35 3182
-  A +

Türkiyənin “Kasımpaşa” klubunun baş məşqçisi Kemal Özdeş istefa verib.

Qol.az-ın “Fanatik”ə istinadən yaydığı xəbərə görə, ötən gecə Super Liqanın 19-cu turunda səfərdə “Beşiktaş”a 1:2 hesablı məğlubiyyətdən sonra o, vəzifəsindən ayrılmaq qərarına gəlib.

"Kasımpaşa" hazırda 22 xalla 18 klub arasında 11-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, Özdeş 2016-cı ilin sentyabr ayından İstanbul klubunu çalışdırırdı.

Son xəbərlər