"Qəbələ"nin Antalyada 6-cı günü

"Qəbələ"nin Antalyada 6-cı günü
XƏBƏR 26 Yanvar 2018 / 23:00 1289
-  A +

“Qəbələ” 2017-2018-ci illər mövsümünün hazırlıqlarını davam etdirir.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə "qırmızı-qaralar” Türkiyənin Antalya şəhərində təşkil olunan təlim-məşq toplanışının ikinci mərhələsinin 6-cı gününü başa vurub. Komanda günü axşam məşqi ilə yekunlaşdırıb. Günün yeganə hazırlığı meydançada baş tutub. Roman Qriqorçukun rəhbərliyi altında məşq edən futbolçular toplu və topsuz çalışmaları yerinə yetirib.


Son xəbərlər
topaz banner