Antalya şəhərində təlim-məşq toplanışını davam etdirən “Qəbələ”nin sabah Rusiya təmsilçisi “Arsenal”a qarşı keçirəcəyi yoxlama oyununun başlama saatı açıqlanıb.
Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, matç sabah Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.
Tula təmsilçisi Rusiya Premyer Liqasında 25 turdan sonra 25 xalla qış fasiləsinə 8-ci pillədə yollanıb.
Qeyd edək ki, "Qəbələ" indiyə kimi "Arsenal"la qarşılaşmayıb.
Xatırladaq ki, "Qəbələ" bundan əvvəl Türkiyənin “Akhisar Bələdiyyəspor”u ilə heç-heçə (1:1) edib, İsveçrə “Sürix”inə uduzub (0:1), Makedoniya “Rabotniçki”nə qalib (2:1) gəlib.
"Beşiktaş" 7 futbolçusunu göndərə bilər
Pelenin rekorduna yaxınlaşır
Mundialların "aqressiv" üçüncüsü oldu
"Ayntraxt" 18 yaşlı futbolçuya göz dikdi
FİFA bu matçla bağlı araşdırma aparmaqdan imtina etdi
Kovaçiç klubunu dəyişə bilər
Neymardan təqdirəlayiq addım