"Qəbələ"də özümü rahat hiss edirdim, sadəcə..." - Deyv Bultuis
"Deyə bilmərəm ki, Hollandiyaya qayıtmağı çox istəyirdim. Azərbaycanda özümü tam rahat hiss edirdim. Sadəcə, kifayət qədər oyun praktikam olmurdu".
Qol.az-ın məlumatına görə, bu sözləri "Qəbələ"nin sabiq futbolçusu Deyv Bultuis deyib. "Qırmızı-qaralar"ı qış fasiləsində Holandiya "Herenven"inə dəyişən müdafiəçi növbəti dəfə Azərbaycanla bağlı xatirəsini bölüşüb. O, stadiona azarkeşlərin gəlməməsini qeyd edib:
"Avropa Liqasının seçmə mərhələsindəki oyunlar kifayət qədər maraqlı keçirdi. Amma ölkə çempionatının matçları zamanı stadiona 1000 nəfərdən çox adam gəlmirdi. Bu isə futbol oyunu üçün çox aşağı göstəricidir".