“Yuventus”dan 16 yaşlı hücumçuya 10 milyonluq təklif

“Yuventus”dan 16 yaşlı hücumçuya 10 milyonluq təklif
XƏBƏR 26 Yanvar 2018 / 17:29 3521
-  A +

“Cenoa”nın hücumçusu Petro Pelleqri “Yuventus”a keçmək üzrədir.

Qol.az-ın “Football İtalia”ya istinadən yaydığı məlumata görə, bir çox detalları razılaşdıran tərəflər sadəcə qiymət məsələsində ortaq məxrəcə gələ bilmirlər.

Turin klubu 16 yaşlı futbolçu üçün 10 milyon avro ödəməyə hazırdır. Ancaq qarşı tərəf “Qoca sinyora”dan 20 milyon tələb edir.

Bu gün tərəflər arasında növbəti görüşün baş tutacağı gözlənilir.

Qeyd edək ki, Pelleqri bu mövsüm A Seriyasında 5 oyun keçirib və 2 qol vurub.

Son xəbərlər
topaz banner