“Yuventus”u tərk etsəm, karyeramı bitirəcəm” - Buffon
“Tezliklə “Yuventus”un prezidenti Andrea Anyelli ilə görüşüb, klubdakı gələcəyimi müzakirə edəcəyik. Komanda yoldaşlarım üçün problem olmaq istəmirəm. İndi hər şeyi başa düşmək və düzgün qərar qəbul etmək lazımdır”.
Qol.az-ın məlumatına görə, bu sözləri “Yuventus”un qapıçısı Canluici Buffon deyib. Təcrübəli qolkiper “La Republica”ya açıqlamasında komandadakı gələcəyindən danışıb:
“Gənclərə yol verməyə hazıram. Voyçex Şesnını həmişə yaxşı qapıçı hesab etmişəm. Əgər İtaliya A Seriyasında çempion olsaq, bu, onun əməyi sayəsində gerçəkləşəcək. Özümə gəlincə, başqa komandada oynamayacam. Ya “Yuventus”, ya da başqa heç bir klub. Bu komandanı tərk etsəm, karyeramı bitirəcəm”.