“Bundan sonra da Azərbaycan millisində oynamaq istəyirəm”

“Bundan sonra da Azərbaycan millisində oynamaq istəyirəm”
XƏBƏR 26 Yanvar 2018 / 14:52 7580
-  A +

“Ötən il məni Çexiya və Avstriya ilə oyunlara çağırmışdılar. Çünki oyunumu görmək istəyirdilər. Həmin qarşılaşmalarda pis çıxış etmədim. Mənim üçün əla təcrübə oldu”.

Qol.az-ın məlumatına görə, bu sözləri 21 yaşadək futbolçulardan ibarət millimizin sabiq üzvü Onur Albayrak deyib. Danimarkada “Hobro” klubunda çıxış edən türk əsilli yarımmüdafiəçi sonradan yığmaya dəvət almamasının səbəblərini açıqlayıb:

“Hesab edirdim ki, nə Danimarka, nə də Türkiyə millisinə dəvət alacam. Azərbaycan millisinin şərəfini qorumaq mənim üçün xoş oldu. Fikrimi dəyişə bilərəm. Amma mən bundan sonra da Azərbaycan millisində oynamaq istəyirəm. Yığmanın yeni baş məşqçisi son toplanışa məni dəvət etmədi. Amma bildirdilər ki, klubumda davamlı olaraq oyun təcrübəsi almalıyam. Yəni hər şey özümdən asılıdır”.

Son xəbərlər
topaz banner