“Beşiktaş” braziliyalı hücumçu aldı
Cenk Tosunu “Evertona”a satan "Beşiktaş" heyətinə yeni hücumçu cəlb edib.
Qol.az-ın “Sabah”a istinadən yaydığı xəbərə görə, İstanbul klubu "Alanyaspor”un futbolçusu Vaqner Lavı transfer edib.
“Beşiktaş”ın 34 yaşlı forvard üçün “Alanyaspor”a 3,2 milyon avro ödəyəcəyi bildirilir. Onunla 1,5 + 1 illik müqavilə bağlanılacaq. Braziliyalı hücumçu “Sabah”a açıqlamasında məlumat təqsdiqləyib. O, Türkiyənin ən böyük klubuna keçdiyini deyib.
Qeyd edək ki, bu mövsüm “Alanyaspor”un heyətinə qol vuran Vaqner Lav karyerası ərzində Braziliyanın "Palmeyras”, "Flamenqo”, "Korintians”, Rusiyanın MOİK, Fransanın "Monako” və Çinin "Şandun Lunen” klublarında çıxış edib.