"Millimizin rəqibləri zəif deyil" - Ağasəlim Mircavadov

"Millimizin rəqibləri zəif deyil" -  Ağasəlim Mircavadov
ÖLKƏ FUTBOLU 24 Yanvar 2018 / 16:31 4274
-  A +

"Deyirlər, rəqiblərimiz zəifdir. Ancaq belə deyil. Hər şey millimizin özündən asılıdır".

Bu sözləri Qol.az-a açıqlamasında Azərbaycanın əməkdar məşqçisi Ağasəlim Mircavadov millimizin Millətlər Liqasındakı rəqiblərini qiymətləndirərkən deyib.

Yığmamızın sabiq baş məşqçisi  Malta, Kosovo və Farer adalarının millimizdən o qədər də zəif olmadığını düşünür:

"Malta ilə sonuncu dəfə 2:2 oynamışıq. Deməli, rəqibə yuxarıdan aşağı baxmaq olmaz. Hər şeyə hazır olmaq lazımdır. Burada zəif-güclü söhbəti etmək düzgün deyil. Güclülər hamısı A qrupunda cəmləşib. Düzdür, millimizi qrupun ən güclüsü adlandırmaq olar. Amma yaxşı hazırlaşmalıyıq. Oyunlara hərtərəfli hazır olmalıyıq".

Millətlər Liqası Qurban Qurbanov üçün yığmamızın baş məşqçsi kimi ilk turnirdir. A.Mircavadov Qurbanovun ilk turnirdə uğurlu nəticə qazanmaq üçün yaxşı şansının olduğunu bildirib: "Komandamızda motivasiya böyük olmalıdır. Çünki milliyə yeni baş məşqçi gəlib. Futbolçular bunu düşünməlidir. Qurban Qurbanovun da ilk turnirdəcə yaxşı nəticə qazanmaq şansı var. Ümumiyyətlə, bu turnir "Avro-2020"yə vəsiqə qazanmaq üçün əla fürsətdir. Maksimum nəticə qazanmaq lazımdır. Bunun üçün isə klublarla yığmalarımız sıx əlaqədə olmalıdır. O futbolçular ki, milliyə dəvət alır, onlar öz klublarında daima oynamalıdır. Ən asan yol budur. Millidə hazır futbolçular oynamalıdır. Milli komanda Qurban Qurbanovun rəhbərliyi altında tez-tez oyun keçirməlidir ki, onun sisteminə uyğunlaşsın".

Daha çox


Son xəbərlər