AFFA-dan hakimi vuran futzalçıya 2 illik cəza

AFFA-dan hakimi vuran futzalçıya 2 illik cəza
XƏBƏR 10 Yanvar 2018 / 13:06 2018
-  A +

Futzal üzrə Azərbaycan birinciliyinin II dəstəsində mübarizə aparan “Baku Fans” klubunun üzvü Aqşin Ömərov 2 illik cəzaya məruz qalıb.

Qol.az-ın məlumatına görə, bu haqda AFFA İntizam Komitəsi bugünkü iclasında qərar verib.

ADBTİA ilə matçın 20-ci dəqiqəsində qırmızı vərəqə alan Ömərov meydandan kənarlaşdırılarkən oyunun hakimi Yusif  Nurullayevə qarşı fiziki təzyiq göstərərək, onu yumruqla vurub. Nəticədə hakim ciddi xəsarət alıb. Bu səbəbdən futzalçı 2 il müddətinə futboldan kənarlaşdırıb.

Həmçinin qarşılaşma sona qədər keçirilmədiyindən, “Baku Fans”a 0:5 hesablı texniki məğlubiyyət verilib.

Son xəbərlər