Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçukun müsahibəsi
- Türkiyədəki hazırlığınız necə gedir?
- Bu günlər ərzində hazırlığımız normal olub. Məşq prosesinin pozulması halları baş verməyib. Havalar da yaxşı keçir. Bir sözlə, ilk 5 gün ərzində hər şey qaydasında gedib.
- Bu gün ilk yoxlama matçınızı keçirəcəksiniz. Türkiyə Super Liqasında çıxış edən "Akhisar"la görüşdən nə gözləyirsiniz?
- İlk görüşlərdən hər zaman gözləntimiz eyni olur: Yaxşı məşq edək, mümkün qədər tez forma yığaq. Belə oyunlarda məqsəd budur.
- Komandanızı 2 legioner - Endi Hallidey və Deyv Bultuis tərk edib. Əvəzində "Zirə"dən Təmkin Xəlilzadəni transfer etmisiniz. Gedənlər və yeni oyunçu barədə hansı fikirdəsiniz?
- Gedənlərə birgə işə görə minnətdaram və onlara çıxış edəcəkləri komandalarda uğurlar arzulayıram. Təmkinə isə ümidlərim çox böyükdür. Onda böyük potensialın olduğunu görürəm. Sürətli futbolçudur. Fikrimcə, Xəlilzadə özünü komandamızda yaxşı tərəfdən göstərə, daha da inkişaf edə bilər. Biz də bu istiqamətdə səylər göstərəcəyik.
- "Qəbələ" ilə bağlı bir tendensiya müşahidə olunur: Komandanızın əsas heyətində legionerlərdən geri qalmayan yerli futbolçu çox azdır. Bu mənada, Xəlilzadəni əcnəbilərlə bərabər səviyyədə oynamağa qadir sayırsınız?
- Mən bu tendensiya ilə razılaşa və belə bir halın olduğunu deyə bilmərəm. Məsələ yerli və ya legionerdə deyil. Kimliyindən asılı olmayaraq, "Qəbələ"nin futbolçusu bizim tələblərə əməl etməyi bacarmalı, onun səviyyəsi qarşıya qoyulan vəzifələri yerinə yetirməyə uyğun olmalı, öyrənməyə qadir olmalı və inkişafa can atmalıdır. Biz yalnız bunları rəhbər tuturuq və yalnız bunları hansısa yanaşma və ya istərsəniz, tendensiya adlandırmaq olar. Ümidvaram ki, məhz sadaladığım məsələlərdə Təmkin uğurlu olacaq.
- Gedənlərdən "Qəbələ" Futbol Akademiyasının yetirməsi Tellur Mütəllimov ötən mövsüm hazırlıqlı futbolçu təsiri bağışlayırdı və əsas heyət üzvünə çevrilmişdi. Bu mövsüm nə baş verdi ki, Mütəllimovun çıxışında eniş başladı və nəticədə onunla yollarınızı ayırmalı oldunuz?
- Düşünmürəm ki, Tellurun hansısa problemi var. Onun Azərbaycan Premyer Liqasında lazımi səviyyədə oynayacağına əminəm. Mütəllimovun bu mövsüm işlərinin necə getməsi başqa məsələdir. Əvvəlcə zədə aldı, bərpa olunmaqda isə çətinlik çəkdi. Belə düşünürəm və əminəm ki, Tellurun işləri tam qaydasına düşəcək. Çünki onun potensialı var və çox yaxşı insandır.
- Aqil Məmmədovun "Neftçi"yə keçidindən sonra ehtiyat qapıçı sarıdan problemlə üzləşə bilərsiniz. Bu məsələni necə yoluna qoyacaqsınız?
- Əlbəttə, bizə daha bir qapıçı lazımdır. Çünki Aqil komandamızı tərk edib. Digər tərəfdən, elə alınıb ki, əsas qapıçı Dmitri Bezotosnı soyuqlayıb və xəstəliyi üzündən "Akhisar"a qarşı oynaya bilməyəcək. Ona görə də bu gün gənc qolkiperimiz Murad Popov meydana çıxma şansı qazanacaq. Ümumilikdə isə qapıçı almağın vacibliyini başa düşürük.
- Oyunçu sarıdan başqa probleminiz var?
- Xeyr. Hələlik hər şey qaydasındadır. Hamı sağlamdır və matça hazırdır.
- Qapıçı problemini "Qarabağ"da əsas heyətə düşə bilməyən həmyerliniz Anton Kanibolotskini cəlb etməklə aradan qaldırmağı fikrinizdən keçirməmisiniz?
- Biz indi Kanibolotski barədə danışa bilmərik. Çünki o, "Qarabağ"ın oyunçusudur. Belə söhbətlər istisnadır.
- Mövsümün ilk yarısında limit üzündən bəzi legionerləriniz ehtiyatda qalırdı. Onların mövqelərində çıxış edən yerli futbolçular isə istənilən səviyyədə təsir bağışlamırdılar. Bu mənada daha hansı mövqelərdə güclənməyə ehtiyacınız var?
- Mən burada legioner limitinin aşılmasını və ya balans pozuntusunu görmürəm. Fikrimcə, yaxşı komplektləşmişik. Amma əlbəttə, hər zaman daha da yaxşı olmaq üçün yollar axtarmalıyıq. Yenə güclənmək barədə düşünürük. Amma hələlik nə mövqelər, nə də alacağımız futbolçular barədə bir söz deyə bilmərəm. Çünki hazırda hər hansı variantımız, sadəcə, yoxdur ki, konkret adlar açıqlaya bilək.
Mənbə: report.az
Ramilin komandası da Superliqa şansını itirdi
“Sabah” Abşerondan 52 uşaq seçdi
"İmişli" autsayderlə bacarmadı - Video
Vüsalın komandası Superliqaya vəsiqə qazana bilmədi
"Şamaxı"nı lider edən vacib qələbə - Video
Məşhur sabiq futbolçu "Spartak"ın baş məşqçisi oldu
"Bizə çempionluq lazımdır" - Ramiz Məmmədov
"Sevilya"nın əfsanəsi mövsümün sonunda gedir
AFFA "Turan Tovuz"un şikayətini təmin etmədi
"Arsenal"ın yeni forması - Şəkillər
"Beşiktaş"da yeni müqavilə
Alleqri İtaliya qəzetinin direktoruna hücum etdi
Almaniya millisinin Avro-2024 üçün ilkin heyəti açıqlandı
Toni Kroos: “Bavariya”nın qəzəbinə haqq qazandırmaq olar”
İstanbul derbisinin hakimləri müəyyənləşdi
Hakimi təhqir edən futbolçuya ağır cəza verildi
Paytaxt klubunun Lunyovla maraqlandığı iddia edilir
Arda Güler futbolda yeni trend yaratdı
"Zirə" ilə oyunda “Neftçi” məğlubiyyətini unutdurmalıyıq"
1-ci liqanın mərkəzi oyunu FİFA referisinə tapşırıldı
AFFA İntizam Komitəsindən cəza və cərimələr
"Real"ın gənc futbolçusu zədələndi
Alleqri rekorda imza atdı
"Atletiko" ÇL-ə vəsiqə qazandı
İtaliya kubokunun qalibi bilindi
"Mançester Yunayted" evdə, "Çelsi" səfərdə qalib gəldi
İngiltərədə VAR ləğv ediləcək?
Deyli Blindlə yeni müqavilə imzalandı
"Zaqatala" - "İrəvan" oyununda vurulan qollar - Video
Fransa Superkuboku bu ölkədə keçiriləcək
Azərbaycanın U-21 millisi üçün yeni rəqib
"Karvan" "Mingəçevir"i belə məğlub etdi - Video
Zədə səbəbindən Avro-2024-ü buraxacaq
"Zaqatala" və "Karvan"dan qələbə
Ayxan Abbasov Niderlandda - Şəkillər
Azərbaycan güləşçisi karyerasını başa vurdu
FİFA-nın baş katibi müəyyənləşdi
2-ci liqada mövsümün son turunun oyunlarının vaxtı açıqlandı
Mbappe bugünkü oyunu buraxacaq