“Kəpəz” Bakıda iki yoxlama oyunu keçirəcək

“Kəpəz” Bakıda iki yoxlama oyunu keçirəcək
XƏBƏR 10 Yanvar 2018 / 11:05 1270
-  A +

Yanvarın 7-də Bakıda təlim-məşq toplanışına başlayan “Kəpəz” paytaxt hazırlığı müddətində iki yoxlama oyunu keçirəcək.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, “sarı-göylər” yanvarın 13-də klubun əvəzedici heyəti, ayın 15-də isə aşağı liqa təmsilçisi “Sabah” ilə qarşılaşacaq.

Hər iki matç saat 14:00-da başlayacaq və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının meydançasında keçiriləcək.


Son xəbərlər