Pelleqrini ingilis klublarının hədəfində

Pelleqrini ingilis klublarının hədəfində
XƏBƏR 10 Yanvar 2018 / 00:24 2606
-  A +

“Roma”nın yarımmüdafiəçisi Lorenso Pelleqrini İngiltərə klublarının hədəfindədir.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, istedadlı futbolçunun xidmətində “Mançester Siti”, “Mançester Yunayted” və “Çelsi” maraqlıdır.

21 yaşlı yarımmüdafiəçinin müqaviləsində göstərilib ki, onun transfer dəyəri 24 milyon avrodur. Lakin “Roma” Pelleqrini ilə vidalaşmaq fikrində deyil. Klub rəhbərliyi tezliklə gənc futbolçuya yeni sözləşmə təklif edəcək.

Son xəbərlər