"Qəbələ"nin 2018-ci ildə ilk sınağı

"Qəbələ"nin 2018-ci ildə ilk sınağı
XƏBƏR 9 Yanvar 2018 / 22:45 2586
-  A +

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Qəbələ” sabah ilk yoxlama oyununu keçirəcək.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, 2017-2018-ci illər mövsümünün ikinci yarısına hazırlıq çərçivəsində baş tutacaq qarşılaşma “qırmızı-qaralar”ın 2018-ci ildə ilk matçı olacaq.
Yanvarın 5-dən qonşu ölkədə hazırlıq keçən Roman Qriqorçukun komandası Türkiyənin “Akhisar Bələdiyyəspor” klubu ilə görüşəcək.

Bu mövsüm Superliqada keçirdiyi 17 oyundan sonra 19 xal toplayan Türkiyə klubu I dövrəni 18 komanda arasında 12-ci pillədə başa vurub.

Bakı vaxtı ilə saat 18:00-da başlayacaq “Akhisar Bələdiyyəspor” – “Qəbələ” matçı “Rixos Premium” otelinin meydançasında keçiriləcək.

Son xəbərlər