"Bu şəhərdə oynamaq insanda tam başqa ab-hava yaradır" - Nicat Qurbanov

"Bu şəhərdə oynamaq insanda tam başqa ab-hava yaradır" -  Nicat Qurbanov
XƏBƏR 9 Yanvar 2018 / 21:15 4203
-  A +

“Sumqayıt”ın qış fasiləsində “Zirə”dən heyətinə cəlb etdiyi Nicat Qurbanov klubun saytına açıqlama verib.

Qol.az-ın xəbərinə görə, yarımmüdafiəçi komandaya kömək etmək üçün əlindən gələni edəcəyini deyib:

“Sumqayıt”dan təklif gəldi, fikirləşib, razılaşdım. Sumqayıt futbol şəhəridir. Bu şəhərdə oynamaq insanda tam başqa ab-hava yaradır. Azarkeşlər komandanı 90 dəqiqə qələbəyə səsləyirlər. Komandaya kömək etmək üçün burdayam. Hədəflərimiz var. Son vaxtlar komanda yaxşı nəticələr qazanır. Kubokda yarımfinala yüksəlib. Məqsədimiz finala vəsiqə qazanmaqdır. Bunun üçün əlimizdən gələnin ən yaxşısını etməliyik. Yeni transferlərin komandaya köməyi dəyəcəyini düşünürəm”.




Son xəbərlər