Gürcü futbolçu “Kəpəz”də

Gürcü futbolçu “Kəpəz”də
XƏBƏR 9 Yanvar 2018 / 17:44 4649
-  A +

“Kəpəz”in transfer etmək istədiyi daha bir futbolçu müəyyənləşib.

Klubun mətbuat xidmətindən Qol.az-a verilən məlumata görə, “Samtrediya”nın yarımmüdafiəçisi Giuli Manjqaladze Gəncə klubunun düşərgəsinə qoşulub. 26 yaşlı futbolçu ilə yaxın günlərdə 1 illik müqavilə imzalanacaq.

Qeyd edək ki, Gürcüstan və Ukrayna vətəndaşı olan Manjqaladze ötən yay Çempionlar Liqasının II təsnifat mərhələsində “Qarabağ”a qarşı hər iki oyunda iştirak edib.

Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner